Reklam verin!

Sevginin yaşı

  


Sevginin yaşı

Bir gənc xəbər aldı çatıb qaşını:
Heç bilən varmıdır eşqin yaşını?

Dedim:eşq həyatda,ayda,gündədir,

Sənin qaşındadır,göz önündədir.



Axtarmaq istəsən əgər sən onu,
Bir qız baxışında görərsən onu.

Qulaq as mənalı dərin sözlərə,

Ana laylasına beşik başında.


Yaxşı nüfuz elə şəhla gözlərə,

O zaman canlanar sevgi qarşında:

Sevgi dan yerində,şirin bardadır.

Sevgi insanlarda insanlarda,insanlardadır!


Bir qartal uçuşur,ceyran baxışı

Torpaq oyanması,gur çay axışı,

Bir qaya vüqarı,bir yaşıl budaq,

Eşqin dastanını söyləyir ancaq



Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha